Ailədə cinsi əlaqə problemləri

Sevgi və cinsi əlaqə iki insan arasında bir qarşılıqlı təsirdir. Düzdür çoxları sevgi ilə cinsi əlaqənin heç bir yaxınlığının olmadığını iddia etsə də, əslində cinsi əlaqələrin çoxu elə sevgidən başlayır. Yaxınlıq qurmaq insanın özünü, duyğu və düşüncəsini və hətta bədənini, iç dünyasını bir başqasına açmasıdır, nizamlanmış düzgün seks isə heç vaxt qəbahət sayıla bilməz.
Münasibətlər və cinsi əlaqə insana çox vaxt sevilməyə dəyər biri olduğu duyğusunu yaşadar və bu duyğu insanı daha da xoşbəxt edər. Xoşbəxt, nizamlı, paylaşan, yaxın əlaqə içində olmaq çox insanın, qadın və kişinin, istədiyi bir vəziyyətdir.


Ardı →

Tez boşalma

Vaxtından əvvəl boşalma bir cinsi problem kimi insana gəlsə də, sadəcə olaraq cinsi uyğunsuzluqdur. Cinsi əlaqədə ən vacib olan şey 2 nəfərin uyğunluğudur. Buna əsasən, vaxtından əvvəl boşalma problemi ondan yaranır ki, kişi qadının orqazmından öncə, və ya qadınla heç əlaqədə olmadan öncə boşalır və cinsi uyğunsuzluq meydana gəlir. Belə halda vaxtından tez boşalma cinsi problem deyil, sadəcə həll edilməsi lazım olan bir problemdir. Yoldaşınız sizinlə qurduğu əlaqədə siz boşalmadan orqazma çatır, və ya sizdən sonra daha gec boşalır və siz ondan daha tez orqazma çatırsınız. Bu cür uyğunsuzluğu aradan qaldırmaq lazımdır.


Ardı →